Lənkəran teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb – FOTO
29 mart 2012 09:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında türk yazarı Savaş Dişçelin qələmə aldığı “Yaşanmayan gənclik” əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. APA-nın Cənub bürosunun məlumatına görə, müasir gəncliyin üzləşdiyi problemlərdən, sevgi-məhəbbət macərasından bəhs edən tamaşanın quruluşçu rejissoru teatrın direktoru İslam Həsənov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada əsas rollarda respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev, aparıcı artistlər Allahverən Babayev, Əlibala Əsgərov və digərləri çıxış edirlər.
Teatrda məşqlərinə başlanılan ikinci tamaşa bolqar yazıçısı Panço Pançyevin “Dörd əkiz haqqında nağıl” əsəri əsasında hazırlanır. Məktəbli tamaşaçılar üçün nəzərdə tutulmuş bu səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada əsas rolları aktyorlardan Emin Fərzullayev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Aynur Əhmədova, Səyyad Əliyev və başqaları canlandırırlar. Hər iki tamaşa aprelin ortalarında nümayiş etdiriləcək.

İncəsənət
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024