Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qətl törətməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb

Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qətl törətməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
# 23 may 2011 10:39 (UTC +04:00)
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Şahid və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Proses iyunun 1-də davam etdiriləcək.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər - Nəzər Sadıqov, Elvin Mirzəyev, Arif Feyzullayev, Sadiq Həsənov, Emin Bəşirov, Miri Miriyev, Məlikağa Məlikli, Həsən Məmmədov, Ramin Hümmətov və Orxan Dəyyazovdur.

Qeyd edək ki, məlum hadisə ötən il sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR