Fransada ermənilər və gürcülərdən ibarət mütəşəkkil cinayətkar dəstə ifşa olunub

Fransada ermənilər və gürcülərdən ibarət mütəşəkkil cinayətkar dəstə ifşa olunub
# 09 iyun 2012 01:49 (UTC +04:00)
Bakı-APA. Parisdə və Lionda Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qruplaşmanın 20-dək üzvü saxlanılıb. APA-nın məlumatına görə, bu barədə yerli mətbuat orqanları xəbər yayıblar.

Fransa polisinin məlumatına görə, əməliyyat İnterpol və Avropolun iştirakı ilə həyata keçirilib.

Cinayətkar dəstə Fransanın müxtəlif şəhərlərində 300-dən qarət və oğurluq həyata keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR