Barak Obama Avropanı ABŞ-dan nümunə götürməyə çağırıb

Barak Obama Avropanı ABŞ-dan nümunə götürməyə çağırıb
# 11 may 2012 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama Sietldə tərəfdarları qarşısında çıxış edərkən Avropanın iqtisadi problemlərinə də toxunub.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, B.Obama bildirib ki, köhnə qitədəki problemlərin səbəbi ABŞ-ın vaxtında atdığı addımları atmamasındadır.

Onun sözlərinə görə, Avropadakı böhran Birləşmiş Ştatlara mənfi təsir edir: “Bunu iqtisadi artımın zəifləməsi və yanacağın bahalaşması da sübut edir”.

Maraqlıdır ki, ABŞ prezidenti Avropanın böhrandan çıxmaq üçün hansı addımları atmalı olduğunu konkretləşdirməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR