Bank Of Baku

“İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqlənib

“İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqlənib
# 23 fevral 2010 14:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul edilib. APA-nın xəbərinə görə, məruzə təqdim edildikdən sonra müzakirə olunub və müsbət qiymətləndirilərək təsdiqlənib.

İclasda Azərbaycan prezidenti ilə Belarus prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında məsələ müzakirə olunaraq qəbul olunub. Millət vəkilləri Azərbaycan və Sloveniya prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında məsələyə də müsbət münasibət bildiriblər.
İclasda həmçinin Azərbaycanla Sloveniya arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında saziş təsdiqlənib. Bundan başqa, millət vəkilləri Mülki Məcəlləyə dəyişiklik və əlavə edilməsi ilə bağlı məsələni, o cümlədən “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsini də ikinci oxunuşda təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR