Bank Of Baku

Bərdədə orta məktəb müəllimləri və şagirdlər dərsə girməkdən imtina edib

Bərdədə orta məktəb müəllimləri və şagirdlər dərsə girməkdən imtina edib
# 10 yanvar 2012 10:20 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Azərbaycanın Bərdə rayonunda orta məktəbin müəllim və şagird kollektivi dərsə girməkdən imtina edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Vüqar Sadıqov adına Şirvanlı kənd orta məktəbinə yeni direktorun təyin olunması etirazla qarşılanıb. Bu səbəbdən dərsə girməyən müəllim və şagirdlər etiraz əlaməti olaraq təhsil müəssisəsinin qarşısında etiraz aksiyası keçiriblər. Məktəbin müəllimi Mehman Gözəlov APA-nın Qarabağ bürosuna bildirib ki, sabiq direktor Çimnaz Əkbərovanı heç bir səbəb olmadan işdən uzaqlaşdırıblar: “ Çimnaz xanımın yerinə Qaradəmirçi kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyən bir nəfəri təyin ediblər. Yeni direktorun isə nə təcrübəsi, nə də savadı 70 nəfərlik müəllim, 17 nəfərlik texniki işçi, 300 nəfərdən çox şagird kollektivi olan bir məktəbə rəhbərlik etməyə imkan vermir”.
Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova APA-nın Qarabağ bürosuna sözügedən məktəbdə insident yaşandığını təsdiq edib: “Şirvanlı məktəbinin direktoru Çimnaz Əkbərova öz ərizəsinə əsasən vəzifəsindən çıxarılıb. Orada bir qrup müəllim var ki, vaxtilə, Çimnaz xanımı da ora direktor təyin edəndə bu cür addım atmışdılar. Özlərinin bir namizədi var ki, həmin qrup onun direktor təyin olunmasına çalışırdı. Amma heç nə alınmadı. On ildir ki, onların köhnə direktorun əleyhinə yazmadıqları yer qalmayıb. İndi də yeni direktora qarşı həmin münasibəti bəsləyirlər.”
R. İsmayılova onu da bildirib ki, həmin şəxslər məktəbin işinə əngəl olmaqda davam edərsə, onlar haqqında hüquqi müstəvidə ölçü götürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR