Rövnəq Abdullayev: “Hazırda Azərbaycana dörd qazma qurğusu lazımdır”

Rövnəq Abdullayev: “Hazırda Azərbaycana dörd qazma qurğusu lazımdır”
# 01 oktyabr 2013 15:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Gəmiqayırma zavodunun ilk işi qazma qurğusunun tikintisi ilə başlayıb. Artıq zavodda onun alt hissəsi tikilir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində ilk ən böyük 6-cı nəsil yeni qurğunun tikintisi başa çatdırılacaq: “Paralel olaraq ikinci qazma qurğusunun tikintisi gedir. Bu ilin axırına qədər yeni qərarlar veriləcək. Biz bu sahədə Sinqapurun “Keppel Offshore” şirkəti ilə əməkdaşlığımızı davam etdirəcəyik. Artıq qiymətlərlə də bağlı razılıq əldə olunub”.

“Hazırda Azərbaycana dörd qazma qurğusu lazımdır. İndi ikincisinin tikintisi gedir, ola bilər, üçüncü qazma qurğusunun da tikintisinə başlayacağıq”, - deyə R.Abdullayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR