Şamaxı Astrofizika Rəsədxanasında ziyarətçilərin müşahidəsində yaranan fasilələr aradan qaldırılıb

Şamaxı Astrofizika Rəsədxanasında ziyarətçilərin müşahidəsində yaranan fasilələr aradan qaldırılıb
# 17 sentyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ziyarətçilərin müşahidəsində yaranan fasilələr aradan qaldırılıb.

Bu barədə APA-ya Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, rəsədxanada almaniyalı mütəxəssislər tərəfindən teleskoplardakı güzgülər artıq yenilənib: “Bu proses yekunlaşıb və hazırda rəsədxana işləyir, ziyarətçilər də rahat şəkildə rəsədxanaya gəlirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR