Azərbaycanda smartfonlar üzərindən elektron sənəd imzalamaq mümkün olub

Azərbaycanda smartfonlar üzərindən elektron sənəd imzalamaq mümkün olub
# 01 may 2015 13:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi daha bir yeniliyə imza atıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Milli Sertifikat Xidmətləri Mərkəzi elektron imza kartlarından istifadə edərək mobil imza həllərinin tətbiqinə başlayıb. Artıq hər bir vətəndaş elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya və Elektron hökumət portalına (www.e-gov.az) elektron imza ilə autentifikasiyadan keçərək daxil ola biləcəklər.

Hazırlanmış proqram təminatı vasitəsilə elektron sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin imza sertifikatları ilə hər bir sənədə imza edilən zaman yoxlama imkanı mövcuddur. Proqram təminatı 3 dildə fəaliyyət göstərir.

Bundan başqa, istifadəçiyə imzaladığı sənədlərin siyahısını proqram təminatı vasitəsilə idarə etmək imkanı yaradılıb. Eyni zamanda mobil cihazların texniki imkanlarından (Bluetooth, WIFI, Email və s.) istifadə edərək istifadəçilər imzalanmış elektron sənədləri istədikləri yerə göndərmə imkanına malik olacaqlar.

Qeyd edək ki, təqdim edilən mobil imza proqram təminatı “Android” əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulub. Hazırda İOS əməliyyat sistemində istifadə üçün işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR