Əbülfəs Qarayev Xorvatiyada səfərdədir

Əbülfəs Qarayev Xorvatiyada səfərdədir
# 10 iyul 2014 16:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Xorvatiyaya səfərə gedib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Xorvatiyada təşkil edilən “65-ci Dubrovnik” yay festivalında və “Xorvatiya Forumu”nda iştirak etməkdən ibarətdir.


Məlumata görə, iyulun 9-da Əbülfəs Qarayev ilə Xorvatiyanın turizm naziri Darko Lorencin arasında görüş keçirilib. Görüşdə iki ölkənin turizm sahəsində əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Söhbət əsnasında birgə bələdçi kitablarının nəşri haqqında razılıq əldə olunub.

İyulun 10-da isə Əbülfəs Qarayevin Xorvatiyanın mədəniyyət naziri Andrea Zlatar Violiç ilə görüşü olub. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR