Londonda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - FOTO - VİDEO

Londonda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 07:17 (UTC +04:00)

Bakı - APA. Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda mitinq keçirilib. ASAİF-dən APA-ya verilən məlumata görə, bir neçə saat davam edən mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.

Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarını səsləndiriblər. Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşurlar paylanıb.

Aksiyanın gənc fəalları Azər Əsgərov, Ramazan Abbaszadə və Mərdan Həsənzadə fikrilərini KİV nümayəndələri ilə bölüşüblər. Azərbaycanlı tələbələr bildiriblər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı edilən bu ədalətsizliyi tezliklə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.

Aksiya Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR