Rusiya Federasiya Şurası: Krım parlamentinin Rusiyaya birləşməklə bağlı tələsik qərarı məqsədəuyğun deyil

Rusiya Federasiya Şurası: Krım parlamentinin Rusiyaya birləşməklə bağlı tələsik qərarı məqsədəuyğun deyil
# 06 mart 2014 14:08 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı senator, Federasiya Şurasının Ukraynadakı vəziyyəti monitorinq üzrə komissiyasının üzvü Valeri Şnyakin bildirib.

Onun sözlərinə görə, Rusiyanın mövqeyi məlumdur: “Bütün hakimiyyət orqanları Krım parlamentinin mövqeyini dəstəkləyir. Səbir etmək və 16 martda keçiriləcək referendumu, ümumxalq iradəsinin nəticələrini gözləmək lazımdır. Hələ ki, referendumun nəticələri yoxdur, Qərb ölkələrini narahat etmək lazım deyil”.

V.Şnyakinin fikrincə, Krımda keçiriləcək referendumla analoji olaraq Ukraynanın Şərq regionlarında da referendumun keçirilməsi gözləniləndir.

Qeyd edək ki, Ukraynanın Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Rusiya Federasiyasına birləşmək qərarına gəlib. Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.

Bu qərardan qısa müddət əvvəl isə parlament martın 30-na təyin olunan referendumun vaxtını və sualını dəyişib. Ümumxalq səsverməsi martın 16-da keçiriləcək və orada Ukraynanın tərkibində qalıb-qalmamaq, Rusiyaya birləşib-birləşməmək barədə sual qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR