Azərbaycanlı iş adamları Qazaxıstanda keçiriləcək investisiya forumuna dəvət alıb

Azərbaycanlı iş adamları Qazaxıstanda keçiriləcək investisiya forumuna dəvət alıb
# 29 oktyabr 2014 09:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazaxıstanda beynəlxalq investisiya forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, investisiya forumu noyabrın 7-də Qazaxıstanın Cənubi Qazaxıstan vilayətinin Şımkənt şəhərində baş tutacaq.

İnvestisiya forumu əsasən “Avrasiya İqtisadi Birliyi daxilində yeni investisiya imkanları” mövzusunda olacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvət olunurlar.

İnvestisiya forumunda iştirak etmək istəyən sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR