Bayram və istirahət günlərində təcili yardım stansiyasına daxil olan çağırışların sayında artım qeydə alınmayıb

Bayram və istirahət günlərində təcili yardım stansiyasına daxil olan çağırışların sayında artım qeydə alınmayıb
# 11 mart 2014 09:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bayram və istirahət günlərində (8-10 mart) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayında ciddi artım qeydə alınmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, son 3 gün ərzində də hər gün orta hesabla təcili yardım stansiyasına 1600-1700 çağırış daxil olub.

Onun sözlərinə görə, müraciətlər müxtəlif hallarla bağlı olub və onlardan bəzilərinə ilkin tibbi yardım göstərilib, ehtiyacı olanlar isə müəyyən xəstəxanalara yerləşdiriliblər. Z.Vahidova qeyd edib ki, təcili yardıma daxil olan müraciətlər zədə, kəskin respirator viruslar, infarkt, insult, doğuş, terapevtik xəstəliklər, dəm qazı, qidadan zəhərlənmələr və digər hallarla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR