Gəncədə təcridxanaya narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Gəncədə təcridxanaya narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 13 mart 2014 10:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına narkotik maddə keçirməyə cəhd edilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, narkotik maddə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə həbs edilən Bağırov Şəhriyar Qaraxan oğluna gətirilən sovqatın içində aşkarlanıb. Özünü Ş. Bağırovun xalası oğlu kimi təqdim edən Yevlax şəhər sakini İsmayılov Nahid İlham oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman “Vikeroy” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngdə siqaret kağızına bükülmüş 1,053 qram narkotik maddə olan “heroin” aşkar edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR