Bakıda "III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu" beynəlxalq konfransı keçiriləcək

Bakıda "III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu" beynəlxalq konfransı keçiriləcək
# 15 aprel 2014 15:14 (UTC +04:00)

Bakı - APA. 31 may - 1 iyun 2014-cü il tarixdə Bakıda "III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu" beynəlxalq konfransı keçiriləcək.

APA-nın məlumatına görə, konfrans Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin Azərbaycan Tibb Universiteti və Beynəlxalq Plastik Cərrahiyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssisləri ilə yanaşı, yerli mütəxəssislər də iştirak edəcək.

Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

İki gün davam edəcək konfrans Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında keçiriləcək. Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR