Şəkidə avtomobil aşıb, bir nəfər xəsarət alıb

Şəkidə avtomobil aşıb, bir nəfər xəsarət alıb
# 17 mart 2014 07:42 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yol qəzası martın 16-dan 17-nə keçən gecə saat 1 radələrində Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayonu, Aşağı Layısqı kənd sakini Abid Arif oğlu Səmədov idarə etdiyi “Mercedes” markalı , 99 CD 648 dövlət nişan nömrəli avtomobili idarəetməni itirməsi səbəbindən yolun kənarına aşırıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Abid Səmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Abid Səmədovun hazırda vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı Şəki Rayon (Şəhər) Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR