Gürcüstanda 4 dini konvensiyanı maliyyələşdərmək üçün 3,5 milyon lari vəsait ayrılıb

Gürcüstanda 4 dini konvensiyanı maliyyələşdərmək üçün 3,5 milyon lari vəsait ayrılıb
# 18 mart 2014 19:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan hökumətinin ehtiyat fondundan 4 dini konvensiyanı maliyyələşdirmək üçün 3,5 milyon lari həcmində vəsait ayrılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Nazirlər Kabinetinin sərəncamına əsasən, "Sovet totalitar rejimi dövründə dini qruplara dəyən zərər üçün ayrılan qismən kompensasiya"nı Dini məsələlər üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Məlumata görə, dövlət büdcəsindən ayrılan vəsait Gürcüstan Pravoslav Kilsəsindən əlavə, erməni Apostol Pravoslav Müqəddəs Kilsəsi, Gürcüstan Müsəlmanlar İdarəsi və yəhudilərin Gürcüstan yeparxiyası üçün müəyyən edilib.

Qeyd edək ki, 2014-cü il yanvarın 27-də dini konvensiyaların maliyyələşdirilməsi üçün dövlət tərəfindən qərar qəbul edilib. Qərara əsasən, öncə həmin dini konvensiyalara 4,5 milyon lari vəsait ayrılıb, lakin indi bu vəsait dövət tərəfindən 3,5 milyon lari müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR