“İcraçı Kredit Agentliyi” I rübdə kredit portfelini 130 mln. manata çatdırıb

“İcraçı Kredit Agentliyi” I rübdə kredit portfelini 130 mln. manata çatdırıb
# 21 aprel 2015 08:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “İcraçı Kredit Agentliyi” MMC bank-olmayan kredit təşkilatı cari ilin I rübü ərzində 128 mln. 475,372 min manat kredit verib.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, verilmiş kreditlərin 44 mln. 367,358 min manatı birgə borclu (BB) qruplara, 128 mln. 475,372 min manatı isə Kredit İttifaqlarına (Kİ) verilib.

Təşkilat tərəfindən hesabat dövründə 122,489 min (BB-yə - 84,489 min, Kİ-lərə - 38 min) kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR