Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 24 mart 2014 06:25 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR