Ermənistan Ordusu işğal etdiyi Azərbaycan ərazilərində son iki həftədə 4 hərbçisini itirib

Ermənistan Ordusu işğal etdiyi Azərbaycan ərazilərində son iki həftədə 4 hərbçisini itirib
# 01 aprel 2014 15:01 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni hərbçilərdən biri mina partlayışı, qalanları isə atəşkəsin pozulması nəticəsində öldürülüb.

Martın 19-da Qarabağda yerləşən hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Arman Qukasyan, martın 24-də 22 yaşlı Qarnik Torosyan, martın 27-də isə 19 yaşlı Araik Babayan Azərbaycan hərbçilərinin sərrast atəşi ilə məhv edilib.

Martın 31-də isə Ermənistan ordusunun baş leytenantı Arutyun Safaryan qoşunların təmas xəttində minaya düşərək ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR