Salyanda 40 yaşlı qadın özünü öldürüb

Salyanda 40 yaşlı qadın özünü öldürüb
# 03 aprel 2014 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Salyan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Noxutlu kəndində qeydə alınıb. Kənd sakini, 40 yaşlı Afət Cəfərova yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR