Avropa Birliyinin nümayəndələri Penitensiar Xidmətdə olublar

Avropa Birliyinin nümayəndələri Penitensiar Xidmətdə olublar
# 03 aprel 2014 15:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar Bölməsinin rəhbəri Federiko Bernanın başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevlə görüşüblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən M. Quliyev penitensiar sistemdə görülən işlər, cəza-icra qanunvericiliyinin humanistləşdirilməsi, Penitensiar Xidmətin hazırkı fəaliyyəti, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat verib.

Federiko Berna isə Avropa Birliyi tərəfindən nəzərdə tutulan yardım layihəsi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanda cəza-icra hüququ sahəsində keçirilən intensiv islahatlar ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir.

Avropa Birliyinin ekspertləri probasiya xidmətinin təsis olunması ilə bağlı Azərbaycanın ədliyyə sisteminə zəruri olan yardım göstərmək niyyətində olduqlarını bir daha vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR