Nazir: "Eko-tur adı altında meşələr zibillənir"

Nazir: "Eko-tur adı altında meşələr zibillənir"
# 30 iyun 2016 10:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Bəzi şəxslər eko-tur adı altında turlar təşkil edirlər. Onlar insanlardan 20-25 manat yığıb rayonlara aparır və bundan iki-üç min manat pul qazanırlar. Amma meşələrin təmizliyinə əməl etmirlər”. APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir əlavə edib ki, meşənin zibillənməsi faktı varsa, artıq eko-turdan söhbət gedə bilməz: “Meşələri zibilləmək, məhv etmək olmaz. Bu, həm də mədəniyyət, tərbiyə məsələsidir. İnsanlar təbliğat aparmalıdırlar, meşələri zibilləyənlər qınanmalı və ifşa olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR