Fransada polis miqrantların qaldığı düşərgələri dağıdıb

Fransada polis miqrantların qaldığı düşərgələri dağıdıb
# 22 sentyabr 2015 00:53 (UTC +04:00)

Bakı-APA. Fransa polisi Kale şəhərində irimiqyaslı əməliyyat keçirərərk miqrantların qaldığı qeyri-qanuni düşərgələri dağıdıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat yerli hökumətin qərarı ilə keçirilib.

Qeyd olunur ki, düşərgələrdə 400-ə yaxın miqrant məskunlaşıbmış. Digər yaşayış yerləri miqrantlara təklif olunmayıb.

Bundan əvvəl polis düşərgələrdə təhlükəsizlik şəraitinin təmin edilmədiyinə etiraz edən qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR