ABŞ-ın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
# 14 aprel 2014 09:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncə şəhərinə səfər edib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Morninqstar Gəncə şəhər İcra Hakimiyyətində şəhər rəhbərliyi ilə görüş keçirəcək.

Diplomat Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan şəhərciyə baş çəkəcək, orada yaradılan şəraitlə tanış olacaq. Səfir “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində ötən ilin may ayından fəaliyyətə başlayan “İnsan alveri və potensial insan alveri qurbanlarına Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin fəaliyyəti ilə də maraqlanacaq. Onun Amerikada təhsil alan gənclərlə görüşü də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR