Sumqayıtda yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb

Sumqayıtda yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb
# 21 aprel 2014 09:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda yaşayış evində partlayış baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 07 radələrində Sumqayıt şəhər sakini Qalib Hümbətovun mənzilində təbii qazın sızmasından partlayış olub.

Nəticədə mənzilin pəncərə şüşələri sınıb, xəsarət alan Q. Hümbətov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR