Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında şahmatçılar da çıxış edəcək

Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında şahmatçılar da çıxış edəcək
# 14 yanvar 2014 11:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında şahmatçılar da çıxış edəcək". APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şahmat olimpiya idman növü olmasa da, Avropa Komitəsinin xüsusi qərarı ilə şahmat və karate həmin olimpiya oyunlarının idman sırasındadır: "Sözsüz ki, şahmatla bağlı aparılan bütün islahatlar daha yüksək səviyyəyə çatacaq. Çünki ev sahibliyi edərkən çox güclü şahmat komandalarımızın sayəsində biz sevinc hissi yaşamalıyıq və bu sahədə biz işlər görəcəyik".

Nazir deyib ki, gənclərlə bağlı Təşkilat Komitəsi, Təşkilat Ənənə Şirkəti işləyir: "Bu işə çoxlu gənc cəlb olunub. Biz düşünürük ki, qısa müddətdə böyük kütlə, könüllülər Olimpiya oyunlarının hazırlığı prosesinə cəlb olunacaq. Olimpiya oyunlarının hazırlığına faktiki olaraq ötən ilin əvvəlindən başlanılıb. Artıq bir il var ki, işlər gedir. Demək olar ki, keçən ilin son ayından işlər daha da fəal şəkildə aparılır. Bu il də əsas ilimizdir. Yəni bu il bütün tikintilər başa çatmalıdır. Bu günlərdə avadanlıqlar alınmalı, kənd hazır olmalı, nəqliyyat və digər məsələlər həll olunmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR