Ukraynanın Slavyansk şəhəri yaxınlığında 54 separatçı öldürülüb

Ukraynanın Slavyansk şəhəri yaxınlığında 54 separatçı öldürülüb
# 14 may 2014 00:00 (UTC +04:00)

APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Qvardiyasının 1-ci batalyonunun komandiri Andrey Antonişak mətbuat konfransında bildirib.

“Dəstənin pusquya düşməsinə, onun snayper və qumbaraatanlardan atəşə tutulmasına baxmayaraq cavab atəşi ilə 54 separatçı öldürülüb”, deyə Antonişak bildirib.

Bundan əvvəl verilən xəbərə görə, Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 7 hərbçi həlak olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR