“Azərqarant” yanvar-fevral ayında 36 min manat sığorta ödənişi edib

“Azərqarant” yanvar-fevral ayında 36 min manat sığorta ödənişi edib
# 15 may 2014 07:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-aprel aylarında “Azərqarant” sığorta şirkəti ümumi həcmi 36 167 manat məbləğində sığorta ödənişi həyata keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bir nəfərə ödənilən ən böyük ödəniş isə kasko sığorta üzrə qeydə alınıb. Yanvarın 21-də ödənilən kompensasiya Hacıqabul rayonu ərazisində avtoqəzaya uğrayan Bakı sakininə ödənilib. Belə ki, “Mersedes” markalı avtomobilini 8 400 manata sığorta etdirən sığortalıya 4 300 zərər dəyib, 300 manatlıq azadolma məbləği xaric 4 000 manat ona ödənilib.

Yanvar-aprel aylarında şirkətin ən kiçik ödənişi isə 105 manat olub ki , bu da Bakıda qeydə alınıb. Sığorta hadisəsi işçilərin bədbəxt hadisələrdən fərdi qəza sığortası üzrə təhsil işçisinin yıxılıb qolundan zədə alması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR