Gürcüstanın regional inkişaf və infrastruktur naziri “Akkord”un icra etdiyi layihələrə baş çəkib - FOTO

Gürcüstanın regional inkişaf və infrastruktur naziri “Akkord”un icra etdiyi layihələrə baş çəkib - <span style="color: red;">FOTO
# 15 may 2014 11:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstanın regional inkişaf və infrastruktur naziri Elquja Xokrişvili “Akkord Georgia” şirkətinin bu ölkədə icra etdiyi müxtəlif layihələr üzrə işlərin gedişi ilə tanış olmaq üçün tikinti ərazilərinə səfər edib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, E. Xokrişvilini tikinti ərazilərində Gürcüstan Yol Departamentinin rəhbəri David Şavliaşvili, həmçinin “Akkord Georgia” şirkətinin direktoru Naci Özdəmir, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Daxili Layihələr Qrupunun direktoru Volkan Kurt, “Akkord Georgia” şirkətinin baş layihə rəhbəri Ramiz Nuriyev müşaiyət edib.

“Gürcüstanda həyata keçirilən vacib infrastruktur layihələrdən biri olan Kutaisi dolama yolunun tikinti sahəsində Naxşirgele yaşayış məntəqəsi ilə Kopitanari məntəqəsini birləşdirən 800 metrlik körpünün inşaat işləri ilə tanış olan nazir işlərin gedişindən razı qalıb. “Bu lazımlı bir layihədir, biz bir çox insanlar üçün faydalı olacaq bir körpü tikirik”, - Xokrişvili deyib.

Nazir bu körpünün tikintisinin iyul ayının sonu, avqust ayının əvvəllərinədək tamamlanacağı qənaətində olduğunu bildirib.

Qeyd edək ki, 17,3 km-lik Kutaisi dolama yolu layihəsi “Akkord”un hazırda Gürcüstanda icra etdiyi ən iri infrastruktur layihəsidir. Tikintisinə 2012-ci ilin fevral ayında start verilmiş Kutaisi dolama yolu beton örtüklü olmaqla qonşu ölkələrlə tranzit yükdaşımalarda istifadə olunan iritonnajlı avtomobillərin Kutaisi şəhərinə daxil olmadan sərbəst hərəkətinin təmin edilməsi məqsədilə inşa edilir. Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir.

Layihənin başlanğıcından Türkiyəyə gediş istiqaməti üzrə 11,5 metr eni olan yol üzərində 6 ədəd körpü və 4 ədəd yol keçidinin inşası nəzərdə tutulub. Kutaisi dolama yolu layihəsinin icrası üçün “Akkord Georgia” tərəfindən ərazidə 4 karxana yeri müəyyənləşdirilib, 2 ədəd daşdoğrayan qurğu, 3 beton zavodu, 1 asfalt zavodu quraşdırılıb, 1 ədəd dəmir-beton konstruksiyalar zavodu (DBK) qurulub. Bununla yanaşı, tikinti ərazisində qırmadaş, qum, beton və asfalt məhsullarının analizi üçün müasir təchizatlı laboratoriya yaradılıb.

Səfər çərçivəsində E. Xokrişvili “Akkord Georgia” şirkətinin icrasında iştirak etdiyi digər layihələr - Samtredia, Zestafoni, Sveneti-Ruisi yol tikinti layihələri, Marneulidəki soyuducu kameraların inşası layihəsi və su təchizatı sistemlərinin inşası ilə bağlı olan Tbilisi layihələrində də işlərin gedişi ilə tanış olub.

Samtredia layihəsi üzrə “Akkord Georgia” 22 km-lik beton yolun 5 km-lik hissəsində yolun beton örtük işlərini tamamlayıb, qalan 17 km-lik hissədə müvafiq işlərin görülməsi üçün hazırlıq işləri aparılır. Samtredia və Zestafoni layihələri üzrə “Akkord”un regional DBK zavodunda 654 ədəd 33 metrlik körpü tirlərinin istehsalı, 20 000 metr svay qazıntısı işləri də nəzərdə tutulub.

Sveneti-Ruisi layihəsi üzrə görülən işlər tamamlandığı üçün, bu layihə artıq təhvil vermə mərhələsindədir. Marneuli layihəsi üzrə işlərin isə, təxminən 60-65%-i tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR