Türkiyə Suriya ilə sərhəddəki bir neçə yaşayış məntəqəsini boşaldıb - FOTO

Türkiyə Suriya ilə sərhəddəki bir neçə yaşayış məntəqəsini boşaldıb - <span style="color: red;">FOTO
# 05 oktyabr 2014 17:12 (UTC +04:00)

Bakı-APA. Türkiyə Suriya ilə sərhəddə olan bir neçə yaşayış məntəqəsindən əhalinin çıxarılması barədə qərar verib.

APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya tərəfindən atılan güllələr nəticəsində 4 sakinin yaralanmasından sonra Şanlı Urfa valiliyi Suruc rayonunda Kiçik Kəndirli və Böyük Kəndirli məhəllələrinin boşaldılmasına qərar verib.

Bölgəyə giriş-çıxış qadağan olunub, sərhədə tanklar göndərilib, jurnalistlər təhlükəsizlik məqsədi ilə bölgənin Kobanini görən hissəsindən çıxarılıblar.

Rəsmilər bu məhəllələrdə yaşayanların bir müddət rəsmi qurumların qonaq evlərində yerləşdiriləcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR