Zərdab sakini həyət yoldaşını bıçaqlayıb

Zərdab sakini həyət yoldaşını bıçaqlayıb
# 10 fevral 2014 15:43 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA Zərdab sakini həyət yoldaşını bıçaqlayıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib. Zərdab şəhər sakini İbrahimim Əfəndiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 41 yaşlı Tamella Əfəndiyevaya bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, yaralı hazırda əməliyyat olunur.

Qeyd edək ki, hadisə törədən İ. Əfəndiyev Zərdab şəhər musiqi məktəbinin gözətçisi, həyat yoldaşı isə orada xadimə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR