Gürcüstanda prokuror və vəkil bir-birini təhqir ediblər

Gürcüstanda prokuror və vəkil bir-birini təhqir ediblər
# 08 yanvar 2014 22:01 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatda prokuror və eks-müdafiə naziri Baço Axalayanın vəkili arasında fiziki qarşıdurma baş verdiyi bildirilib: “Yanvarın 8-də təxminən 15.30 radələrində Tiflis prokurorluğunun inzibati binasında məhkəmədə bəraət alan eks-müdafiə naziri Baço Axalayanın işini aparan prokuror Levan Baçiaşvili və Gürcüstan Vəkillər Kollegiyasının üzvü, eks-müdafiə nazirin vəkili Romeo Sacaya əvvəllər hər ikisinin arasında baş verən şəxsi fikir ayrılığına görə bir-birinə söz atıblar. Sonda hər iki şəxs bir-birini fiziki təhqir ediblər.

Faktla bağlı Gürcüstanın baş prokurorluğunun baş müfəttişliyi Gürcüstan CM-nin 125-ci Maddəsinin 1-ci hissəsi ilə istintaqa başlayıb”, - deyə Baş Prokurorluğun bəyanatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR