İranda daha bir nəfər edam edilib

İranda daha bir nəfər edam edilib
# 16 mart 2014 22:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Simnan vilayətində bir nəfər edam edilib.

APA-nın verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadının yalnız baş hərfləri qeyd edilib.

Məhbus İranın Simnan vilayətinin Cəza Məhkəməsinin ikinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra martın 16-da Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR