ADU-da 28 May - Respublika gününə həsr olunmuş yığıncaq keçirilib - FOTO

ADU-da 28 May - Respublika gününə həsr olunmuş yığıncaq keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2014 16:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Müstəqil AXC-nin qurulmasında M.Ə.Rəsulzadənin rolu” mövzusunda 28 May - Respublika gününə həsr olunmuş yığıncaq keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən APA-ya verilən xəbərə görə, tədbir ADU TGT Vətənpərvərlər Klubunun sədri, Pedaqoji fakültənin tələbəsi Ülkər Yüzbaşovanın təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında prezidentin sərəncamına əsasən baş tutub.

ADU-nun Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Azərbaycan xalqının həyatında 28 May - Respublika gününün müstəqilliyin əsasını qoyan əhəmiyyətli bayramlardan olduğunu bildirib. Prorektor tələbələrə yay imtahan sessiyasında uğurlar arzulayaarq, bu günün tarixi haqqında qısa məlumat verib.

Tədbirin davamında universitetin tələbələri vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqslərlə çıxış ediblər. Tədbir universitetin həyətində milli musiqilər, rəqslərdən ibarət konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR