Naxçıvanda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Naxçıvanda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 07:15 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hərbi yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfər - Kübra Əliyeva, Ümid Əliyev, Uğur Əliyev, Hüseyn Hüseynov və Güllü Hüseynova hadisə yerindəcə keçiniblər.

Minik avtomobilində olan digər iki nəfər - Elmar Fətəliyev və Xəyalə Hüseynova, həmçinin yük maşınında olan müddətdən artıq xidmət edən hərbi qulluqçular - Elşən Şirinov və Urfan Həsənov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

* * *

11 İyun 2014 20:13

Bakı. Hafiz Heydərov - APA. Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən “KamAZ” markalı hərbi maşın minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb. Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin arasında azyaşlı da var.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınında olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR