Azərbaycan hərbçiləri NATO-nu müxtəlif tədbirlərində iştirak edəcək

Azərbaycan hərbçiləri NATO-nu müxtəlif tədbirlərində iştirak edəcək
# 30 noyabr 2013 09:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanla NATO arasında imzalanmış “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı (FTP) əsasında və digər tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2-6 dekabr tarixlərində Oberammerqauda hərbi-mülki planlaşdırma və dəstək kursu keçiriləcək.

NATO əməliyyat planlaşdırılması prosesi mövzusunda seminar 2-6 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində, NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu və NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Silahlı münaqişə hüququ” mövzusunda təlim kursu 2-6 dekabrda Azərbaycan paytaxtı Bakıda olacaq.

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpurda 2 dekabr 2013-cü il tarixindən 10 yanvar 2014 il tarixinədək Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.

Dekabrın 3-dən 5-ə kimi Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyəti Gürcüstan Silahlı Qüvvələrinin təhsil sistemi ilə tanışlıq məqsədilə Tbilisidə səfərdə olacaq.

“Viking 2014” kompüter dəstəkli komanda-qərargah təliminin Yekun Planlaşdırma konfransı 3-5 dekabr tarixində İsveçin Balsta şəhərində baş tutacaq.

Belçikanın Brüssel şəhərində dekabrın 4-5-də tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.

Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən, Çexiyanın Praqa şəhərində dekabrın 9-dan 11-ə kimi Təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparılacaq.

Azərbaycan-ABŞ iş planına əsasən 9-13 dekabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində “Saber Gardian 2014” təliminin Əsas Planlaşdırma konfransı keçiriləcək.

Dekabrın 10-12-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, “STANAG Testlərinin təşkili və keçirilməsi üzrə təcrübə mübadiləsi” aparılacaq.

NATO-nun və tərəfdaş ölkələrin Arxa Cəbhə idarəsi ekspertlərinin daimi qrupunun işçi görüşü 10-12 dekabrda Finlandiyanın Tusula şəhərində, NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma İşçi görüşü 10-13 dekabr tarixində İstanbulda, “NATO-nun kommunikasiya çağırışları və tərəfdaş ölkələr” mövzusunda seminarı 11-12 dekabr tarixində Brüsseldə baş tutacaq.

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, dekabrın 18-20-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR