Avropa Azərbaycan Cəmiyyəti Britaniyanın nüfuzlu “The House Magazine” jurnalında Azərbaycanla bağlı yazı dərc etdirib

Avropa Azərbaycan Cəmiyyəti Britaniyanın nüfuzlu “The House Magazine” jurnalında Azərbaycanla bağlı yazı dərc etdirib
# 20 sentyabr 2013 11:28 (UTC +04:00)

AAC-dan APA-ya verilən xəbərə görə, jurnalın sentyabr buraxılışı Liberal Demokratlar Partiyasının Qlazqodakı konfransında iştirak edən yüzlərlə partiya üzvünə paylanıb.

Yazıda deyilir ki, Böyük Britaniya Azərbaycana qoyulan birbaşa xarici investisiyanın ən böyük təminatçısı olaraq qalır, 2013-cü ilin birinci rübündə bu göstərici 44.1% təşkil edib. Məqalədə hazırkı prezident İlham Əliyevin vasitəçiliyi ilə 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi”nin roluna diqqət yönəldilir. BP-nin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzərin təbii ehtiyatlarının hasilatı ilə bağlı razılığa gəldikləri bildirilir. Qeyd olunur ki, bu yaxınlarda razılaşdırılmış Trans-Adriatik boru kəmərinin Qərbi Avropanın enerji təhlükəsizliyini təmin edərək Xəzər qazını Türkiyənin Avropa sərhədindən İtaliyaya çatdıracaq.

Məqalədə bildirilir ki, Azərbaycan “iqtisadi lokomotiv”dir, bir çox sahələrdə, o cümlədən İKT, maliyyə xidmətləri və turizm sahəsində geniş imkanlar təqdim edir, Britaniya şirkətlərinin “Odlar Yurdu”nda gələcəyi parlaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR