Avropa Azərbaycan Məktəbi İB Diplom Proqramına namizəd olub

Avropa Azərbaycan Məktəbi İB Diplom Proqramına namizəd olub
# 17 iyun 2014 08:26 (UTC +04:00)

APA-nın məlumatına görə, İB təşkilatından məktəbin direktoru, xanım Şandel Leazberiyə göndərilmiş rəsmi məktubda bildirilir ki, Avropa Azərbaycan Məktəbinin İB Diplom Proqramı üçün İB təşkilatına edilən müraciəti qəbul edilib. 1 sentyabr 2014-cü il tarixindən etibarən Avropa Azərbaycan Məktəbi İB Diplom Proqramı üzrə təhsil verəcək namizəd məktəb kimi tanınır.

Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. İB diplomunu almış şəxs dünyanın istənilən ali məktəbinə qəbul imtahanı keçmədən daxil oluna bilər. İB diplomunu yalnız Beynəlxalq Bakalavriat diplom proqramı üzrə avtorizasiya edilmiş (ixtiyar almış) məktəblər verə bilərlər.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurrikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR