Azərbaycanda əhaliyə satılan əmtəənin həcmi 10% artıb

Azərbaycanda əhaliyə satılan əmtəənin həcmi 10% artıb
# 12 noyabr 2013 09:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,6 mlrd. manatlıq və ya keçən ilin eyni dövrü ilə müqayisədə 9,7% çox əmtəə satılıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 51,8%-ni ərzaq, 48,2%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi artıb.

Yanvar-oktyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 2,0 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 83,9%-ni hüquqi, 16,1%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 90,4%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR