"Unibank" hərbçilər üçün kampaniya keçirir

"Unibank" hərbçilər üçün kampaniya keçirir
# 22 iyun 2016 08:57 (UTC +04:00)

Bakı - APA-Economics. "Unibank" 26 iyun - Silahlı Qüvvələr günü münasibəti ilə əlaqədar hərbçilər üçün xüsusi kampaniya keçirir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 23-24 iyun tarixlərində keçirilən kampaniya çərçivəsində hərbçilər bank filiallarına müraciət edərək, 5000 manatadək komissiyasız nağd kredit əldə edə bilərlər.

Kreditlər 0% komisyon haqla, 2 il müddətinədək verilir.

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə "Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR