BMT: Separatçılar Haaqa Beynəlxalq Məhkəməsində mühakimə oluna bilər

BMT: Separatçılar Haaqa Beynəlxalq Məhkəməsində mühakimə oluna bilər
# 26 iyul 2014 21:54 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin İnsan Haqları üzrə ali komissarı Navi Pilley bəyan edib.


Onun sözlərinə görə, separatçılar beynəlxalq hüququn normalarına riayət etməlidirlər, əks halda onlar məsuliyyətə cəlb olunmalıdır.

“Bunun üçün Haaqa Beynəlxalq Məhkəməsi fəaliyyət göstərir”, deyə Pilley bildirib.

BMT rəsmisi qeyd edib ki, Ukraynada irimiqyaslı insan haqlarının pozulması halları qeydə alınıb. Navi Pilley hüquqları pozulan ukraynalıları münaqişə zonasında fəaliyyət göstərən BMT mütəxəssislərinə müraciət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR