Ukraynanın Donetsk vilayətində 9 uşaq minaya düşüb

Ukraynanın Donetsk vilayətində 9 uşaq minaya düşüb
# 30 iyul 2014 02:13 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Donetsk vilayətində, Artemovsk rayonunun Berestovaya kəndi ərazisində 9 uşaq minaya düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.

“Uşaqlar artıq xəstəxanaya çatdırılıb. Hamısının vəziyyəti olduqca ağırdır. Bəzilərinin əl və ayaqları amputasiya oluna bilər. Bir neçə uşaq görmə qabiliyyətini itirib”, deyə müşavir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR