Tənqidçi Əsəd Cahangir “Azərbaycan” jurnalına baş redaktor müavini təyin edilib

Tənqidçi Əsəd Cahangir “Azərbaycan” jurnalına baş redaktor müavini təyin edilib
# 31 mart 2014 14:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Tənqidçi Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qərarı ilə “Azərbaycan” jurnalına baş redaktorun müavini təyin edilib.

Ə. Cahangirin APA-ya verdiyi məlumata görə, indiyə qədər bu postu tənqidçi Vaqif Yusifli tutub.

V. Yusifli bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat bölməsinə müdir təyin olunduğu üçün vəzifəsindən istefa verib.

Qeyd edək ki, Ə. Cahangir indiyədək jurnalın tənqid və publisistika şöbəsinin rəhbəri idi.

Jurnalın baş redaktoru isə İntiqam Qasımzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR