Bakının mərkəzi küçələrinin birində təmir işləri davam etdirilir - FOTOSESSİYA

Bakının mərkəzi küçələrinin birində təmir işləri davam etdirilir - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2015 11:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin qarşısına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Nəqliyyat nazirliyi "Azəryolservis"ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, artıq sözügedən küçənin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində frezlənmə və mərmər səki daşlarının düzülməsi işləri başa çatdırılıb.

Hazırda bağlı olan hissədə işlər sürətlə davam etdirilir. Həmin hissənin 3 gün ərzində yekunlaşması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR