Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində kassir ştatı ləğv edilib

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində kassir ştatı ləğv edilib
# 21 avqust 2015 13:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərində yığılan dövlət rüsumlarının saxlanılması və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nı yeni redaksiyada təsdiq edib.

APA-nın məlumatına görə, qərara əsasən Xarici İşlər Nazirliyinin 2002-ci il 11 aprel tarixli 335 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərində yığılan dövlət rüsumlarının saxlanılması və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ləğv edilib.

Yeni Qaydaya əsasən diplomatik nümayəndəliklər tərəfindən dövlət rüsumlarının yığılması müvəkkil bank vasitəsilə həyata keçirilir. Dövlət rüsumlarının nağd yolla yığılmasına zərurət yarandıqda (diplomatik nümayəndəliklərin müvəkkil bankları tərəfindən hesablaşma əməliyyatlarının aparıldığı dövr (müddət) həmin diplomatik nümayəndəliklərin iş rejiminə uyğun olmadıqda, fövqəladə hadisələr baş verdikdə), bu növ əməliyyatların həyata keçirilməsi proseduru müəyyənləşdirilib və Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərində kassir ştatı ləğv edilib. Diplomatik nümayəndəliklərdə kassa əməliyyatlarının yerinə yetirilməsi diplomatik nümayəndəliyin başçısı tərəfindən müəyyən edilmiş həmin diplomatik nümayəndəliyin əməkdaşı (məsul şəxs) tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR