Naxçıvanda açıq ürək əməliyyatları və beynəlxalq elmi konfrans keçirilib - FOTO

Naxçıvanda açıq ürək əməliyyatları və beynəlxalq  elmi konfrans keçirilib - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 08:51 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun təşəbbüsü və Naxçıvan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən növbəti xeyriyyə aksiyası keçirilir.

Heydər Əliyevin anım günü ilə bağlı Naxçıvan Müalicə Diaqnostika Mərkəzində dekabrın 7-də başlayan aksiya sabah başa çatacaq.

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri Mərkəzinin müdiri Rəşad Mahmudovun APA-ya verdiyi məlumata görə, aksiya çərçivəsində artıq 24 xəstə üzərində açıq ürək əməliyyatları, 20 xəstədə koronar-angioqrafiya müayinəsi icra olunub.

R. Mahmudovun sözlərinə görə, bununla yanaşı, Naxçıvan Səhiyyə Nazirliyində Türkiyə, Özbəkistan və Bakıdan gəlmiş aparıcı ürək-damar xəstəlikləri mütəxəssislərin, nevropatoloqların və yerli həkimlərin iştirakı ilə “Serebrovaskulyar xəstəliklərin müayinə və müalicəsinə müasir baxış“ adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində serebrovaskulyar xəstəliklərini əhatə edən mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə olunub. Bununla bərabər, müalicə-diaqnostika mərkəzinin poliklinika şöbəsində “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının “Azərbaycanda Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı” proqramı daxilində Naxçıvan Muxtar Respublikasının 300 sakini müayinə edilib. Müayinə olunmuş insanlarda gizli müşahidə edilən ürək xəstəlikləri və onların risk amilləri araşdırılıb. Ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri təşkil olunub.

R. Mahmudov qeyd edib ki, bu aksiyaların tez-tez keçirilməsi məhz Azərbaycan dövlət rəhbərliyi tərəfindən aparılan sosial inkişaf proqramının bariz nümunəsi və uğurudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR