Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilir

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilir
# 21 may 2014 08:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparacaq məsul şəxslər üçün təlim keçirilir.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın tətbiqinin daha səmərəli təmin edilməsi məqsədilə keçirilən təlim dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması prosesi, qiymətləndirmə üzrə hüquq və vəzifələr, qiymətləndirmənin nəticələri üzrə tətbiq edilən tədbirlər və digər mövzuları əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR