Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 18 noyabr 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 962 bəndədək, S&P 500 0,4% - 1 798 bəndədək, Nasdaq 0,3% - 3 986 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin vəzifəsindən getməsindən sonra iqtisadiyyatın dəstəklənməsi proqramının davam etdirilməsi barədə gözləntilər və ehtimallar təsir edib.


Avropa fond bazarlarında noyabrın 15-də FTSE 100 indeksi 0,4% - 6 693 bəndədək, Almaniya DAX-ı 0,2% - 9 169 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 281 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 287,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3496 dollar (+0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR